BŞİH Müsavatın yürüş-mitinqlə bağlı müraciətinə cavab verdi

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının martın 10-na təyin etdiyi yürüş-mitinqlə əlaqədar müraciətinə cavab verib.

Partiya başqanının müavini Razim Əmiraslanlının “Basta”ya verdiyi məluata görə, paytaxt rəhbərliyi aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. 

Qərar Müsavatın yürüş-mitinq üçün seçdiyi marşrutda nəqliyyatın sıx hərəkəti ilə əlaqələndirilib.

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli paytaxt rəhbərliyinin bu qərarının qanunsuz olduğunu bildirib.

“Bu, Azərbaycanda sərbəst toplaşma azadlığının növbəti dəfə kobud surətdə pozulmasıdır. Bakıda yüksək vəzifə sahiblərinin, hətta onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək adı altında paytaxtın hətta ən gur küçələrində nəqliyyatın hərəkətini saatlarla dayandırırlar. Müsavatın seçdiyi marşrutlar şəhərin kənar hissəsi idi. “Azadlıq” metrosundan “Dərnəgül” mütrosunadək, yaxud “20 Yanvar”dan “Məhsul” stadionunadək. Burada yarım saat ərzində 1 küçədə hərəkəti dayandırmaq mümkün idi ki, yürüş baş tutsun. Amma hakimiyyət əhalinin bu aksiyada çox olacağını hesabladığı üçün aksiyaya icazə vermədi. Bizə alternativ marşrut da təklif etmədilər. Çünki, əhalinin bir yerə yığışmasından qorxurlar”, – deyə Mustafa Hacıbəyli bildirib.

Bastainfo.com