Mehman başladı

Həbsdən yeni çıxmış bloger Mehman Hüseynov əvvəlki dəst-xətti ilə fəaliyyətə başlayıb.

Martın 8-də o, süprgəzi qadını bayram münasibətilə təbrik edib və özünün feysbuk səhifəsində onunla birgə çəkdirdiyi şəklini paylaşaraq, aşağıdakı statusu yazıb:

“2 il ərzində həbsxsnada olarkən, bizim saxta, yalan təleviziyala (telekanalizasiyalara) baxanda orada bütün günü bar bar bağırırdılar ki, Bakı sürrətlə inkişaf edir, ölkəyə yeni analoqu olmayan küçə təmizləyən alman texnikaları gətirilib. Əlbətdəki mən bu nağıllara inanmırdım.

Bunlar alman texnikası deyəndə yəqin bax bu yaşlı, beli bükülmüş qadınları nəzərdə tuturlar. Qadınların bayramı günü də bu xanımları küçələrə çıxardıb işlədirlər. Onsuzda bizim məmurlar heç vaxt bu yaşlı qadınlara hörmət qoymurdular. Heç olmasa bayram günü bu qadınlara istirahət verərdiniz, onları sevindirib təqaüdlərini qaldırardız, bayram hədiyyələrindən verərdiz. Amma yox bunu etmək üçün bizim o yekə qarın məmurlarımızın ağlı çatmaz. Dövlət büdcəsinə qənaət etmək üçün bu yaşlı qadınları gecə-qunduz ucuz işçi qüvvəsi kimi işlədirlər. Onlar da yaşamaq üçün məcburdular bunu etməyə çünki aldıqlar o qəpik quruşu əllərindən ala bilərlər. Milyardlarla sərvəti olan ölkənin vətəndaşı bugündə yaşamamalıdlr!

Bu soyuqda ölkəmizi zibillərdən təmizləyən bu qadınları gördükdə onları çalışın sevindirin, gözəl sözlər deyin, onların xətrinə dəyməyin. 8 mart əsl bax bu zəhmətkeş, hər çətinliyə tab gətirən, gözəl qadınların bayramıdır!”

Ötən gün Mehman Hüseynov həmçinin həbsdə olan siyasi məhbus Gözəl Bayramlının və İlkin Rüstəmzadənin ailə üzvlərini ziyarət edib.

На данном изображении может находиться: 6 человек, люди улыбаются

На данном изображении может находиться: 4 человека, люди улыбаются, люди сидят

 

Basta