Basta əməkdaşını polis axtarır

Basta əməkdaşı Heybət Əmrah polisə çağırılıb.

Polisə dəvət telefon vasitəsilə olub. “Rayonda məni axtarırlar. Bu gün Xaçmaz polisindən zəng gəldi. Səbəbini soruşduqda heç nə demədilər. Sadəcə görüşməli olduğumuzu bildirdilər. Bakıdayam, dedim. Rayona nə vaxt qayıdacağımla maraqlandılar”, – Heybət Əmrah bildirib. 

Qeyd edək ki, martın 26-da Müsavat partiyasının Xaçmaz təşkilatının konfransından sonra bir sıra fəallar təqib olunur.  Yığıncağın keçirilməsindən bir-neçə gün sonra konfransın keçirildiyi evin sahibi Söhrab Əmrahovun oğlu Bəxtiyar, təşkilatın yeni seçilmiş sədri partiyanın başqan müşaviri Ramazan Əliyev polisə aparılılaraq bir-neçə saat sorğu-sualdan sonra sərbəst buraxılıblar. 

Bastainfo.com