Nazirliyin əməkdaşı: ” Xaliq İsgəndərov yeni işə qəbul olunanlara ənənəvi olaraq bu sualı verir: “Kimin adamısan?””

Vergilər Nazirliyinin keçmiş əməkdaşı Vergilər Nazirliyində kadr islahatlarında baş verən qanunsuzluqlar barədə danışıb. 

Nazirliyin keçmiş əməkdaşı Quliyev Cabir Qurban oğlu işdən çıxarılmasında nazirin müavini Mətin Eynullayev, onun qaynı olan nazirin köməkçisi Anar Mahmudov və Vergi Cinayətləri üzrə Araşdımaçı Departamentinin rəhbərinin müavini Xaliq İsgəndərovu günahkar bilir. 

Cabir Quluyevin sözlərinə görə Xaliq İsgəndərov yeni işə qəbul olunanlara ənənəvi olaraq bu sualı verir: -“Kimin adamısan?”.

Vergilər Nazirliyin əməkdaşı bundan sonra məhz “adamı olmadığı üşün” işdən çıxarıldığını iddia edir. Cabir Quluyev Səhiyyə Nazirliyinin və Sumqayıtda keçirilən  “siqaret əməliyyatı” nda  iştirak etdiyini və əməliyyatdan sonra müsadirə edilən siqaretin oğurlandığına görə sərəncamla işdən çıxarıldığını bildirir. Cabir Quluyev iddia edir ki, Anar Mahmudov həmin əməliyyatda qanunsuz dörd dostunu gətirib, “qoçu kimi” əməliyyata cəlb edib. 

Təfərruatı videoda izləyin…

Basta