4 rayonda Müsavatın yerli təşkilatlarının iclasları keçirildi

Bazar günü Müsavat Partiyasının 4 müxtəlif rayon təşkilatında toplantılar keçirilib. Bu haqda “Basta”ya Müsavat Partiyasının qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Gülağa Aslanlı məlumat verib

Müsavatın Füzuli rayon təşkilatının ümumi yığıncağı rayonun Əhmədbəyli kəndində baş tutub.

İclasda təşkilatın sədri, sərbəst sura üzvləri, NTK üzvləri, həmçinin partiyanın IX qurultayına nümayəndələr seçilib. Alternativ əsaslarla keçirilən gizli səsvermə nəticəsində Əlibaba Nəsirov təşkilatın sədri seçilib. Tədbirdə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MNTK-nın sədri Sevinc Hüseynova, Divan üzvü Osman Kazımlı iştirak ediblər.

Saatlı rayonunda da Müsavatın yerli təşkilatının ümumi yığıncağı keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, NTK üzvləri, sərbəst şura üzvləri və qurultaya nünayəndələr seçilib. Afət Rzayev Müsavatın Saatlı rayon təşkilatının sədri seçilib. Toplantıda Müsavat başqanının müavini Razim Əmiraslanlı, MNTK üzvü Nuru Xanlarov və Divan üzvü Tofiq Yaqublu iştirak ediblər. 

İclasdan sonra müsavatçılar 2003-cü il 16 oktyabr hadisələri zamanı rejim tərəfindən öldürülmüş demokratiya şəhidi Həmidağa Zahidovun məzarını ziyarət ediblər.

Partiyanın mərkəzi qərargahında Müsavatın Xətai rayon təşkilatının yığıncağı keçirilib. İclasda qurultay nümayəndəsi seçilmək üçün 11 nəfərin namizədliyi irəli sürülüb. Gizli səsvermə yolu ilə 6 nəfər qurultaya nümayəndə seçilib: Mirbaba Babayev, Qəzənfər Baxışov, Mübariz Bədirxanlı, Dilşad Nagı, Elxan Həsənli Mustafa Hacıbəyli. 

İclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsindən Fərəc Kərimli və Söhrab Məhərrəmli, MNTK-dan Əli Həsənov iştirak ediblər.

Bazar günü həmçinin Müsavatın Nərimanov rayon təşkilatının Şura iclası keçirilib.

 

Basta