Albayrak və Tramp arasında sürpriz görüş

Türkiyənin maliyyə naziri Berat Albayrak ABŞ prezidenti Donald Trampla görüşüb. Ağ Evdə baş tutan görüş zamanı Türkiyənin Rusiyadan S-400 tipli raket müdafiə sistemi alması məsələsi müzakirə edilib.

Ankaranın Rusiyada istehsal edilən raket sistemlərini alması Vaşinqtonla əlaqələrdə gərginliyə səbəb olub. Türkiyə məsələ ilə bağlı sanksiyalarla qarşılaşa bilər. Türkiyənin müdafiə naziri Hülusi Akar məsələnin dialoq yolu ilə həllinə çağırıb.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalının bu gün Vaşinqtonda verdiyi açıqlamaya əsasən, Türkiyə ABŞ Konqresi Ankaranın Rusiyadan planlaşdırdığı raket müdafiə sistemi alması ilə bağlı hər hansı sanksiya tətbiq etmək haqda qərar versə, prezident Donald Trampın Türkiyəni müdafiə etmək üçün onun qüvvəsinin dayandırılması kimi səlahiyyətindən istifadə edəcəyinə ümid bəsləyir.

Maliyyə naziri Albayrak bazar ertəsi günü ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və Ağ Evin müşaviri, prezidentin Trampın kürəkəni Cared Kuşnerlə görüşlər keçirib.

Twitter sosial şəbəkəsində yazdığı mesajında Berat Albayrak müzakirələr zamanı iki ölkə arasında əməkdaşlığın artırılması üçün atılacaq addımların müzakirə edildiyini və Donald Tramp tərəfindən qəbul edildiyini, Türkiyə prezidentinin mesajları və salamlarını Amerika liderinə çatdırdığını yazıb.

Türkiyə mediasının verdiyi məlumata görə, Tramp Türkiyənin S-400 raket müdafiə sisteminə ehtiyacını müsbət qarşıladığını çatdırıb. Vaşinqtonda jurnalistlərə açıqlama verən Albayrak ABŞ paytaxtında keçən həftənin cümə axşamı günündən başlayaraq görüşlər keçirdiyini, Türkiyə prezidentinin bəzi mesajlarının çatdırıldığını, müsbət və konstruktiv dialoq aparıldığını deyib.

Maliyyə nazirinin sözlərinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 20 mlyard dollardan 75 milyard dollara çatıb.

 

Amerikanın səsi