İstanbulda Əkrəm İmamoğlunun qələbəsi təsdiqləndi

İstanbulda martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra 17 gün davam edən səslərin sayılması prosesi nəhayət bu gün başa çatıb.

Türkiyənin “Cumhuriyyet” qəzeti Yüksək Seçim Kuruluna istinadən xəbər verir ki, səslərin təkrar sayılmasından sonra CHP-li namizəd Əkrəm İmamoğlunun 4 169 765, onun rəqibi – AKP-li Binəli Yıldırımın isə 4 156 036 səs topladığı dəqiqləşib. 

Beləliklə, müxalifətçi İmamoğlu 13 729 səs fərqilə İstanbulun bələdiyyə başqanı seçilib. Bu gün YSK AKP-nin Maltepe ilçəsində seçki nəticələrinin ləğv edilməsi barədə tələbini də rədd edib.

 

 

Bastainfo.com