Müllerin hesabatı açıqlandı: Rusiya Trampla əlaqəyə girmədən ona dəstək verib

ABŞ-ın baş prokuroru Uilyam Barr aprelin 18-də Ədliyyə Nazirliyinə xüsusi təhqiqatçı Robert Müllerin hesabatının tam versiyasını təqdim edib. Robert Müller 2 il ərzində ABŞ prezidenti Donald Trampın seçki komandası, yaxınlarının Rusiya ilə əlaqələrini və Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləni araşdırıb.

Hesabatın xülasəsi martın 24-ü dərc olunub və orada müstəntiqlərin Trampın kampaniyasının Rusiya və onun höküməti ilə əlaqəsinə aid heç bir dəlil tapmadığı bildirilib, – “Amerikanın səsi” məlumat verir.

Barrın 400 səhifəlik hesabatı redaktə edilmiş formatda çap olunub. Hesabatda hazırkı araşdırmalara, habelə bir sıra araşdırmalarda iştirak edən şəxslərin şəxsi məlumatlarına aid hissələr çıxarılıb. “Başqa heç bir ixtisar edilməyib,” Barr deyib.

ABŞ baş prokuroru daha öncə xülasədə qeyd olunmuş nəticələri təsdiqləyib: Trampın seçki qərargahından və ya digər ABŞ vətəndaşı aşağıda sadalanlardan heç biri ilə əlaqədə olmayıb:

İnternet Tədqiqat Agentliyi (onu Kremlə yaxın iş adamı Yevgeny Prigojinlə əlaqələndirirlər): agentlik Amerikanın sosial şəbəkələrində Demokrat Partiyaya qarşı kampaniya aparıb.

Barr həmçinin, Demokrat Partiyasının serverindən gələn məktubların Rusiya kəşfiyyat xidməti GRU-nun “Wikileaks” vasitəsilə yaydığı düşündüyünü söyləyib.

Lakin onun sözlərinə görə, Trampın seçki qərargahı və yaxın ətrafından heç kəs nə GRU, nə də Wikileaks nümayəndələri ilə əlaqədə olub. Barr həmçinin bildirib ki, kompüterin hak olunmasından fərqli olaraq, məlumatların dərc olunması özü-özlüyündə cinayət sayılmır. Lakin müstəntiqlər Trampın ətrafından heç kimin hər iki halla əlaqəsini müəyyən edə bilməyib.

Basta