Təbrizdə qarşıdurma: Polis “Traxtur” azarkeşlərinə hücum etdi – Video

Bu gün Təbrizin “Traxtur” futbol klubu ilə Tehranın Peykan komandası arasında keçirilən oyunda qarşıdurma yaranıb.

Təbrizdəki mənbənin “Basta”ya verdiyi məlumata görə, oyunda hakimin “Traxtura” qarşı qərarları, o cümldən penalti verməməsi qarşıdurmaya səbəb olub. Oyun 0:1 hesabı ilə Tehran komandasının xeyrinə başa çatıb. Azarkeşlər hesab edir ki, hakim “Traxturu” uduzdurub. Mənbə bildirir ki, polis buna etiraz edən “Traxtur” klubunun azarkeşlərinə hücum edib. Polislə azarkeşlər arasındaqarşıdurma oyun bitdikdən sonra stadionun çıxışında da davam edib. Xəsarət alanlar və saxlanılanlar var. 

 

Basta