Arif Hacılı: “Mən siyasətçi deyiləm”, deyən Zelenski Ukraynada keçirilən prezident seçkilərinin qalibi oldu”

İki gün əvvəl “Mən siyasətçi deyiləm”, deyən Zelenski Ukraynada keçirilən prezident seçkilərinin qalibi oldu. 

Müsavat başqanı Arif Hacılı Ukrayna seçkilərinin nəticələri haqda yazdı.

Şoumenlərin qızıl dövrüdür.

Sənətdə də, siyasətdə də, elə məişətdə də şoumenlər qazanır. 

İki gün əvvəl “Mən siyasətçi deyiləm”- deyən Zelenski Ukraynada keçirilən prezident seçkilərinin qalibi oldu. 

Təbii ki, seçkilərin ən mühüm nəticəsi budur. 

Amma çox vacib nəticələrdən biri də bu seçkilərin demokratikliyi, məğlub tərəfin seçkilərin nəticəsini dərhal tanıması, xalqın iradəsinin aliliyinin hər kəs tərəfindən qəbul edilməsidir. Elə buna görə də Ukrayna bəzi ekspertlərin dediyi kimi məhv olmayacaq. 

Oturuşmuş demokratik institutları olan, xalqın mövcud hakimiyyəti istədiyi məqamda seçki yolu ilə dəyişdirmək imkanları olan dövlət dağılmaz.

Qeyd edək ki, Ukraynada exit-poll şoumen Vladimir Zelenskinin prezident seçkilərinin ikinci turunda hazırkı prezident Petro Poroşenko üzərində böyük üstünlüklə qələbə çaldığını göstərir.

Exti-poll nəticələrinə görə, populyar televiziya seriallarında prezident rolunun ifaçısı kimi tanınmış aktyor və komediya ustası Zelenski səslərin 73 faizini əldə edib.

 

Basta