Müsavatın Şirvan təşkilatı ümumi yığıncağını keçirdi

Bu gün Müsavat Partiyası Şirvan Şəhər təşkilatının ümumi yığıncağı keçirilib.

İclasda partiyanın IX qurultayına nümayəndələr seçilib.

Yığıncağın keçirilməsi haqda Müsavat başqanı Arif Hacılı özünün “facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə yığıncaqda  Müsavat başqanı Arif Hacılı, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvləri Osman Kazımov, Səxavət Soltanlı, Nemət Kərimli, Müsavatın Məclis üzvləri və siravi müsavatçılar iştirak ediblər.

 

Arif Hacılı adlı şəxsin şəkli.

Basta