Şri-Lankada silsilə partlayışlar – yüzlərlə ölən var

Aprelin 21-də səhər saatlarında Şri-Lankanın paytaxtı Kolomboda otellərdə və katolik kilsələrində bir-birinin ardınca səkkiz partlayış baş verib. Nəticədə, yerli polis tərəfindən verilən məlumatlara görə 160  nəfərdən çox adam ölüb.

BBC məlumat verir ki, partlayışlarda azı 400 nəfər yaralanıb.

Partlayışlar Kokchaikad, Batticaloa və Catuvapitiya kilsələrində, eləcə də Kolombo şəhərində yerləşən Shangri La, Cinnamon Grand və Kingsburi mehmanxanalarında qeydə alınıb.

Hücum, yerli təhlükəsizlik xidmətinin məlumatına görə, demək olar ki, eyni vaxtda baş verib. Ehtimal olunur ki, partlayışları əvvəlcədən hazırlanmış kamikadzelər törədib. 

Heybət Əmrah

Basta2.com