Gəncədə etiraz aksiyası keçirildi – Video

Bu gün Gəncədə etiraz aksiyası keçirilib. 2018-ci ilin Gəncə hadisələrinə görə həbs olunmuş şəxlərin ailə üzvləri Gəncə Şəhər İcra Hakimiyyətinin önünə toplaşıblar.

“Turan” agentliyinin məlumatına görə, valideynlər uşaqlarının həbsini qanunsuz və saxta adlandıraraq, onların azadlığını tələb ediblər. Onlar bildiriblər ki, həbs olunanlar işgəncələrə və təhqirlərə məruz qalıblar: “Biz susmayacayıq və səsimizi hər yerə çatdıracayıq”.

Polis əməkdaşları aksiya iştirakçılarından ərazini tərk etməyi tələb edib. “Prokurorluq var, Apellyasiya məhkəməsi var, ora şikayət edin”, – deyərək etirazçılar ərazidən uzaqlaşdırılıb.

Aksiay iştirakçıları aksiyanı Gəncə şəhər Nizami rayon Polis İdarəsinin binanısının önündə davam etdirməyə çalışıblar. Onların qarşısına çıxan polis əməkdaşları “aksiyanız qanunsuzdur, ictimai asayışını pozmayın” deyərək, həbs olunmuş şəxslərin valideynləri oradan uzaqlaşdırıblar, əllərindən uşaqlarının şəkillər alınıb.

Hadisə zamanı saxlanılan olmayıb.