Planetin ən gözəl qadınının adı açıqlandı

Nüfuzlu “People” jurnalı öz versiyasına əsasən planetin ən gözəl qadınının adını açıqlayıb. Bu, amerikalı aktrisa Cenifer Qarnerdir. “Ən gözəl qadın” jurnalın xüsusi buraxılışının üz qabığında nümayiş etdirilib. 

Jurnal hər il ən cazibədar məşhurların reytinqini sıralayır və bu dəfə dünyada ən gözəl qadın kimi 47 yaşlı Hollivud aktrisası Cenifer Qarner seçilib. 

“2019-cu ildə bizim üst örtüyü Cennifer Qarner bəzəyib. Məşhur aktrisa, aktivist və üç uşaq anası dünyanı dəyişməyə  kömək edir”- nəşr Instagram səhifəsində seçimini belə şərh edir.

Qeyd edək ki, jurnal 2018-ci ildən öz konsepsiyasını dəyişib və  üz qabığında “Beautiful Issue” qeydi ilə  favoritin şəkli dərc edilir.  Bu məsələdə ilk növbədə ulduzun  şəxsi keyfiyyətləri nəzərə alınır.

Heybət Əmrah

Basta2.com