Zaqatalada silah-sursat tapılıb

Aprelin 25-də Zaqatala (Bakıdan 418 kilometr şimal-qərb) Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin şimal-qərb regional mərkəzi rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bağlamada olan bir ədəd “ Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə, iki ədəd əl qumbarası, bir ədəd 4,5 mm-lik tapança, 680 ədəd müxtəlif silahlara məxsus güllələr, bir ədəd gecəgörmə cihazı, bir ədəd avtomat patron darağı, bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tapılan silah və sursatın əraziyə haradan gətirlməsi və ya atılması ilə bağlı məlumat vüerilmir.