Müsavat AKM Almaniyada Azad Həsənova və bütün siyasi məhbuslara azadlıq tələbilə aksiya keçirdi

Bu gün, aprelin 27-də Almanaiyanın Maynz şəhərində müsavatçı siyasi məhbus Azad Həsənovun və bütün siyasi məhbusların azad edilməsi tələbilə yürüş-mitinq keçirilib.

Müsavat Avropa Kordinasiya Mərkəzinin (Müsavat AKM) təşəbbüsü ilə keçirilən aksiyada Azərbaycanın və Müsavat Partiyasının bayraqları, Məhəmmədəmin Rəsulzadənin portreti, Azad Həsənov, Əfqan Muxtarlı, Seymur Həzi və digər məhbusların şəkilləri və müxtəlif şüarlar qaldırılıb. Aksiya iştirakçıları əvvəlcə Maynz şəhərini mərkəzi küçələri ilə yürüş ediblər. Daha sonra SWR telekanalının binası qarşısında mitinq keçirilib.

Mitinqdə Müsavat AKM-in təmsilçiləri İlham Həsən, Əhməd Cəlaloğlu, Rizvanə Sadıxova, Xeyrulla Balaxanlı və digərləri çıxış ediblər. Çıxışlarda Əliyev hakimiyyətinin repressiya siyasəti sərt tənqid olunub, rejimin bu davaranışının  Azərbaycanı uçuruma apardığı vurğulanıb.

Əhməd Cəlaloğlunun verdiyi məlumata görə SWR kanalı aksiyadan reportaj hazırlayıb. Aksiya “Azad TV” və Müsavat AKM-in feysbik səhifəsində canlı olaraq yayımlanıb. 


 

Tədbirdə aksiyanın qətnaməsi açıqlanıb. Qətnamə ingilis və alman dillərində yerli mediaya təqdim edilib.

Müsavat Avropa Kordinasiya Mərkəzinin 27.04.2019 tarixli aksiyasının

Q Ə T N A M Ə S İ

 

Azərbaycan hal hazırda siyasi məhbusların sayına görə dünyada ilk sıralarda yer alır.Bu barədə beynəlxalq təşkilarların bəyanatları, Avropa İttifaqının qətnamələri Avropa İnsan Haqları Məhkəməsinin qərarları olsa da, Azərbaycan hakimiyyəti bunlara məhəl qoymur.

Ölkədə faktiki olaraq polis rejimi hökm sürür. Hakimiyyət müxalif fikirə qarşı dözümsüzlük nümayiş etdirir, siyasi motivli həbslərə,işgəncələrə rəvac verir.  Ölkədə faliyyət göstərən azsaylı müstəqil media orqanları sıxışdırılır, onların internete çıxışı bloklanır,  jurnalistlər həbs və təqib edilir.

Əliyev hakimiyyəti mühacirətdə olan müxalifətçiləri də daim təzyiq və təqib altında saxlamaqdadır. Litvada mühacir həyatı yaşayanAzad Həsənov ağır vəziyyətdə olan xəstə atasını görmək üçün Azərbaycana qayıtdıqdan dərhal sonra həbs edilib, ona qarşıuydurma narkotik ittiham irəli sürülüb. Məhkəmə prosesində bu ittihama dair heç bir söbut ortaya qoyulmayıb, polis əməkdaşlarının və “şahidlərin” ifadələrinin ziddiyət təşkil etdiyi ortaya çıxıb. Lakin bütün bunlara rəğmən, Azərbaycan hakimiyyəti Azad Həsənovu həbsdə saxlamaqda israrlıdır.

Bütün bunlar Azərbaycan hakimiyyətinin iddia etdiyi “islahatların” sadəcə görüntü olduğunun bir sübutudur.

Biz bu günkü aksiyanın iştirakçıları olaraq yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan hakimiyyətindən tələb edirik:

1.Azad Həsənova qarşı qaldırılan uydurma cinayət işinə  xitam verilsin;

2.Azad Həsənov başda olmaqla bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz azad edilsin;

3.Ölkədə müxalif fikirli insanlara, müxalifət partiyaları üzvlərinə qarşı təzyiq və təqiblərə,repressiyalara son qoyulsun;

4.Müxalifətin mitinqlərinə qoyulan qadağa aradan qaldırılsın, sərbəst toplaşma azadlığı təmin edilsin;

5.Bastainfo.сom  saytı və saytın baş redaktoru Mustafa Hacıbəyliyə qarşı, bütövlükdə  mediaya və jurnalistlərə qarşı təqiblərə son qoyulsun!

Bu tələblərimiz yerinə yetirilmədiyi halda, Avropada beynəlxalq təşkilatların binaları önündə böyük aksiyalar keçirəcəyimizi,Azərbaycan hakimiyyətinin nümayəndələrinə sanksiyalar tətbiqinə nail olmaq üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayacağımızı və bu yöndə görüşlər keçirəcəyimizi bəyan edirik.

 

Maynz, Almaniya

 

Basta2.com