Şri-Lankada şübhəliləri yaxalamaq istəyərkən 15 nəfər ölüb

Şri-Lankanın şərqində terrorçuluqda şübhəli bilinən qrupu yaxalamaq istəyərkən 15 nəfər ölüb. Onlardan 6-nın uşaqlar olduğu bildirilir.

Polis aprelin 26-da binada axtarış apararkən onlara atəş açılıb, sonra isə partlayış baş verib.

Yerli News 1 st kanalının məlumatına görə, həmin şəxslər ötən istirahət günləri törədilmiş terror aktlarının təşkilində şübghəli bilinənlərmiş.

Binada 12 nəfərin cəsədi aşkar edilib. Polis onlardan 3-nün intiharçı-terrorçu olduğunu bildirir. Bundan başqa 3 qadın və 6 uşaq ölüb.Həmçinin atışmada daha 3 nəfər ölüb.

Aprelin 20-də-Paxsa bayramı vaxtı Şri-Lankada bir neçə kilsə və xarici turuslərin qaldığı otellərdə törədilən terror aktlarında 250-dən çox adam öldü.

Həmin terror aktlarına görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Hakim dairələrin məlumatına görə, bu terror aktlarını xaricdən dəstəklənən yerli islamçılar törədib.

Şübhəlilərdən bir neçəsi tutularkən özünü öldürüb.

AzadlıqRadiosu