Lukaşenko Çində Putinlə dalaşdı

Və sammiti vaxtından əvvəl tərk etdi.

Bu barədə “Rastriqa” teleqram kanalı http://www.dsnews.ua xəbər portalına istinadən yazır. Məmbə bildirir ki, sammit bitməmiş Belorus prezidenti Lukaşenkonun təyyarəsi Minskə yol alıb. Sayt bildirir ki, təyyarənin hərəkət trayektoriyası və uçuş vaxtını PlaneFinder saytından izləmək olar. 

Lukaşenkonun bu hərəkətinin səbəbləri barədə dəqiq məlumat olmasa da, sayt ehtimal edir ki, Putinin Belorus prezidenti ilə görüşdən yayınması, sonuncunun qəzəblənməsinə səbəb olub. 

http://e-livre.ru xəbər saytı isə hesab edir ki, Mockva və Minsk arasındakı soyuqluğun əsas səbəbi Putinin son zamanlar aşkarcasına “ittifaq dövləti” yaratmaq cəhdidir. “Bu isə de-fakto Belorusun anneksiyası deməkdir” – sayt bildirir.

A. İsmayıl, bastainfo.com