Ronaldo 11 milyon avroya avtomobil aldı

Yuventusun portuqaliyalı  oyunçusu Kristiano Ronaldo hələ istehsal olmunmamış dünyada ən bahalı avtomobil olan Bugatti Voiture Noireya sahib oldu. Bu barədə “El Mundo Deportivo” xəbər verir.

34 yaşlı futbolçu avtomobilə 11 milyon avro sərf edib. Futbol ulduzunun sahibləndiyi avtomobil yollarda yalnız 2021-ci ildə  görünəcək. Model inkişaf mərhələsindədir.

Voiture Noire modeli İlk dəfə olaraq 2018-ci ilin mart ayında Cenevrə Avtomobil Sərgisində təqdim edilib. 1500 at gücündə motor avtomobilin saatda 420 kilometr sürətə çatmasına imkan verəcək.

Ronaldo dünyada ən yüksək qazanclı futbolçulardan biridir. Məşhur futbolçu il ərzində 113 milyon avro qazanır.

Heybət Əmrah

basta2.com