Bakıda Amerika filmləri festivalı keçirilir

ABŞ Səfriliyi Park Cinema ilə birgə əməkdaşlığı nəticəsində Azərbaycanda ilk Amerika Filmləri Festivalı təşkil edir.

Amerika səfirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, bütün filmlər Park Cinema Flame Towers-da mayın 5-dək nümayiş olunacaq. Bu filmlər insan ruhunun gücünü nümayiş etdirir. İnsanı ilhamlandıran və müxtəlifliyi özündə əks etdirən beş film – “First Man”, “Beautiful Boy”, “Green Book”, “Love Simon” və “Star is Born” İngilis dilində, rusca subtitrlərlə nümayiş olunacaq. Biletləri cəmi 2 AZN-dir və www.parkcinema.az saytından, eləcə də kinoteatrın bilet köşklərindən əldə edə bilərsiz.

Basta2.com