Tayland kralı Maha Vaçiralonqkorn 4-cü dəfə mühafizəçisi ilə evləndi – Fotolar

Əvvəllər Suthida Ticai ilə sevgi münasibətlərinin olduğunu bildirən xəbərləri təkzib edən Maha Vaçiralonqkorn artıq evləndiyini açıqlayıb.  66 yaşındakı Tayland kralı, bunu tacqoyma mərasimindən bir neçə gün əvvəl elan edib.  

Rama X-nın tacqoyması  mayın 4,6-da keçiriləcək. İlkin məlumatlara görə, ölkənin 150 mindən çox əhalisi küçələr boyunca yürüş edəcək.

Tayland Kralı yine yakalandı!

40 yaşlı Suthida, Tayland Kralının şəxsi mühafizəsinin rəhbəridir. O, əvvəllər hava yolu şirkəti olan Tay Airways-da stüardessa, sonra Crown Prince Wachiralongkorn ailəsini şəxsi mühafizə komandiri təyin olunub. Rama X ona Tanwing (Lady) adı verib.

Photo

Diqqət çəkən yaşam tərzi olan kral bu evlilikdən əvvəl üç dəfə evlənib, yeddi uşağı var. Buna baxmayaraq xeyli qeyri-rəsmi münasibətləri də olub.

kral

Maha Vachiralongkorn Taylandın Kralı Rama X tərəfindən 1 dekabr 2016-cı ildə kral elan edilib. O, 70 il müddətində ölkəni idarə edən atası Pumipon Adulyadejin (Rama IX) taxtına çıxıb. Onun rəsmi adı belədir – King Maha Wachiralongkorn Bodindradebayavarangkun.

Maha-vajiralongkorn-6

Maha Vachiralongkorn bundan əvvəlki evliliklərinin bəziləri skandallarla sonlandırılıb. Hətta ikinci arvadının adı qohumları ilə birlikdə fırıldaqçılıqda hallanıb. Nəticədə qadının bütün qohumları həbs olunub.

 

Könül Alı

Basta