“Mənim həyatım puç oldu”, – qız milyon qazandığı lotereyanın təşkilatçılarını məhkəməyə verdi

Şotlandiyanın 17 yaşlı sakini Cein Park  lotereyada 1 milyon funt sterlinq  qazandı. Şanslı qız ilk növbədə plastik cərrahların xidmətlərinə böyük vəsait xərcləyərək əvvəlki görkəmini tanınmaz dərəcədə dəyişdi.  Brend markalı paltar dəstləri, bahalı daşınmaz əmlak aldı.

Ancaq bir neçə il sonra Cein lotereyadan qazandıqlarına görə həyatının alt-üst olduğunu etiraf edib. O, bir neçə il ərzində lüks həyat keçirdikdən sonra, gələcəyini düşünmədiyini deyib. Təhsil almadığını və yaxşı iş tapa bilmədiyini bildirib.

İndi o, özünün bahalı villasını satışa çıxarıb və eyni zamanda lotereyanın təşkilatçılarını məhkəməyə verib. Həyatının bütün uğursuzluqlarıa görə onları ittiham edib,- “Telegram” agentliyi yazır. 

Heybət Əmrah

Basta2.com