RATİ azad medianın nümayəndələrini bir araya topladı

Bu gün, mayın 3-də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) “Ümumdünya Mətbuat Azadlığı Günü: Azərbaycanda Mətbuat Azadlığı” mövzusunda dəyirmi masa keçirib.

Hilton otelində baş tutan tədbirdə “Turan” agentliyinin direktoru Mehman Əliyev, RATİ-nin bakı ofisinin rəhbəri Mehman Hüseynov, “Ayna” qəzetinin baş redaktoru Arif Əliyev, telejurnalist Qulu Məhərrəmli, “Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Azadlıq” qəzetinin baş redaktoru Rövşən Hacıbəyli, “Kanal 13” internet televiziyasının təsisçisi Anar Orucov, araşdırmaçı-jurnalist Hafiz Babalı, media məsələləri üzrə mütəxəssislər Ələsgər Əhmədoğlu Xalid Ağalı, reportyor Əfqan Sadığov,  və azad medianın digər nümayəndələri iştirak ediblər.

Telejurnalist Sevinc Osmanqızı, həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva və İFRS-in  təmsilçisi Emin Hüseynov internet vasitəsilə toplantıya qatılıblar.

Media təmsilçiləri Azərbaycanda medianın durumundan və hakimiyyətin azad sözə qarşı təzyiqlərindən danışıblar. Jurnalistlərin həbsi, onların barəsində şərti məhkumluq hökmlərinin çıxarılması və ölkədən çıxışına qadağa qoyulması, saytların bloklanması, qadın jurnalistlər Sevinc OsmanqızıFatimə Mövlamlının şantaj edilməsi pislənilib.

Baş prokurorluğun media üzərində senzura fəaliyyəti diqqətə çatdırılıb.

Emin Hüseynov müzakirələrdə sərgilənən fikirləri əks etdirən xüsusi bəyanat hazırlanacağını, sənədin yerli və beynəlxalq mediaya təqdim olunacağı bildirilib.

Basta