Oqtay Gulalıyevə cinayət işi açılır?

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru,tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə çağırılıb.

Hüquq müdafiəçisinin yaydığı açıqlamada  deyilir ki,onu 06 May, saat 11:00-a Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə çağırıblar. Hüquq müdafiəçisi qeyd edib ki, Baş Cinayət Axtarışı İdarəsinə çağrılması onun siyasi fəaliyyəti və hüquq müdafiəsi ilə bağlı apardığı fəaliyyətinə görədir.

Bizdə olan məlumata görə, Daxili İşlər Nzirliyində Oqtay Gülalıyevlə bağlı araşdırma başlayıb və ona cinayət işi açıla bilər.

Xatırladaq ki, Hüquq müdafiəçisi Oqtay Gülalıyev siyasi məhbusların hüquqlarının medafiəsi ilə  bağlı ciddi fəaliyyət göstərir və Gəncə və Tərtərdə baş verən məlum olaylarla bağlı həbs edilən şəxslərin yaxınlarının verdikləri məlumata əsasən, həbsdə olan şəxslərə qarşı baş verən işgəncə faktlarında iştirakı olan vəzifəli şəxslərin adlarını cəmiyyətə açıqlamışdı. Onu da diqqətə çatdıraq ki, dünən, May ayının 4-də, Oqtay Gülalıyevin də iştirakı ilə “Repressiyalar və İşgəncələr Əleyhinə Komitə” təsis edilib.

 

Basta