“Qarabağ” yeddinci dəfə Azərbaycan çempionu oldu

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 21-ci dəqiqədə Miçel Madeyra açıb. Oyunun 42, 69  və 90-cı dəqiqələrində Mahir Mədətov het-trik edib.

Bu qələbədən sonra xallarının sayını 63-ə çatdıran “Qarabağ” çempionatın başa çatmasına 1 tur qalmış ən yaxın izləyicisi “Neftçi” ni xeyli üstələyib. “Neftçi” səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etməklə gümüş medallara sahib çıxıb.

oxu.az