Şəki polisində müəmmalı ölüm

1988-ci il təvəllüdlü Məmmədov Qalib Telman oğlu Şəki Polis Şöbəsində ölüb. Bu haqda “Basta”ya yerli mənbə məlumat verib. 
Məlumatda deyilir ki, Qalib Məmmədov natkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə şübhəsi ilə polis şöbəsonə aparılıb. Bir müddət sonra qohumlarına onun ölüm xəbəri verilib.
Şəki Polis Şöbəsinin növbətçi hissəsindən “Basta” əməkdaşına deyilib ki, saxlanılan şəxs kamerada özünü asaraq intihar edib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.
Basta