Avropa İttifaqı Azərbaycanda İnsan haqlarının durumu ilə bağlı hesabat yaydı

Avropa İİttifaqı Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı vəziyyətə dair illik hesabat yayıb.

Brüsseldə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Aİ Şurasının sədri Donald Tuskun görüşündən dərhal sonra qurumun rəsmi saytında dərc edilən hesabatda Azərbaycanda opponentlərə, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlərin davam etdiyi  vurğulanıb. 

“İnsan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur. Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır; məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanmış, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş vermişdir. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olmuşdur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən almışdır. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır.”-Hesabatın qısa xülasəsində deyilir.

Hesabatın tam mətnini təqdim edirik: 

1. İnsan hüquqları və demokratik vəziyyətin qısa xülasəsi: İnsan hüquqları ilə bağlı vəziyyət hələ də narahatlıq doğurur. Fundamental sərbəst toplaşmaq, söz və birləşmək azadlığı və hakimiyyət orqanları tərəfindən opponent və ya opponent hesab edilənlərin təqibi davam edir. Vətəndaş cəmiyyəti üçün kiçildilmiş fəaliyyət dairəsi məhdudlaşdırıcı qanunvericiliklə, o cümlədən xaricdən maliyyələşdirmə üzrə müddəalarla daha da sıxılmışdır; məhkəmə qərarı olmadan tanınmış media internet səhifələri bağlanmış, inzibati göstərişə görə müxbirlərin tutulması və ya saxlanması halları baş vermişdir. Vəkillər Assosiasiyasının üzvü olmayan vəkillərin məhkəməyə çıxmasını qadağan edən yeni qaydalar ədalət mühakiməsinə əlçatımlığa ciddi şəkildə mane olmuşdur. Vəkillər Assosiasiyası İnsan hüquqları (İH) müdafiəçilərinin məhkəmə işlərində fəal olan bəzi vəkillərin lisenziyasını əlindən almışdır. Azərbaycan beynəlxalq öhdəliklərinə uyğun olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunluğu artırmalıdır.
2. Aİ fəaliyyəti – fokus üçün əsas sahələr: Aİ-nın Azərbaycanla əməkdaşlığı son vaxtlar, xüsusilə də 2018-ci ilin sentyabr ayında Tərəfdaşlıq Prioritetlərinin imzalanması ilə intensivləşmişdir ki, bu da növbəti illərdə bizim əməkdaşlığımızı istiqamətləndirəcək və onu genişləndirəcəkdir. Bu prioritetlər 2020-ci ilədək maliyyə əməkdaşlığımızı siyasi çərçivə ilə təmin edəcəkdir.
Aİ-Azərbaycan arasında yeni Saziş ətrafında aparılan danışıqlar davam edir. Demokratik prinsiplərə, qanunun aliliyinə, insan hüquqları və fundamental azadlıqlara hörmət və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq sazişin əsasında duran məsələlərdir.
3. Aİ-nın ikitərəfli siyasi iştirakı: Azərbaycanda İH və demokratiya ilə bağlı vəziyyətə dair 2018-ci ildə üç bəyanat verilmişdir: Azərbaycanda müxbir Əfqan Muxtarlı barəsində məhkəmə qərarının verilməsinə dair Mətbuat Katibinin verdiyi bəyanat (14 yanvar 2018); Azərbaycan Respublikasında prezident seçkilərinə dair Aİ bəyanatı (12 aprel 2018); və İlqar Məmmədlinin şərti azadlığa buraxarılması ilə bağlı Mətbuat Katibininin Bəyanatı (14 avqust 2018).
2018-ci ilin mart ayında keçirilmiş İnsanlar Arasında Əlaqələr üzrə alt-komitənin iclası zamanı Aİ və Azərbaycan sosial hüquqlar və sosial inteqrasiya, yoxsulluğun azaldılması və sosial müdafiə ilə bağlı vəziyyəti nəzərdən keçirmiş və bu sahədə mümkün əməkdaşlıq formalarını müzakirə etmişlər.
Aİ-nın Bakıdakı Nümayəndəliyi insan hüquqları ilə bağlı təcili məsələlərin ünvanlanması üçün Ədliyyə və Daxili İşlər Nazirlikləri ilə işçi səviyyəsində münasibətlər qurmuş, humanitar mahiyyətli bir sıra müraciətlər təqdim etmişdir. Üzv Dövlətlərlə yaxın əməkdaşlıqda Aİ Nümayəndəliyi siyasi məhbuslar, müxalifətdən olan fəalların inzibati qaydada saxlanması kimi cari halları yaxından yoxlamış, müxalifətdən olan tərəflərin vəkilləri və qohumları, nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, eləcə də dövlət qurumları ilə görüşlər keçirmişlər. Ölkədə insan hüquqları ilə bağlı vəziyyəti müzakirə etmək məqsədilə Ombudsman aparatında bir sıra görüşlər keçirilmişdir.
4. Aİ-nın maliyyələşdirmədə iştirakı: Aİ-nın Azərbaycana yardımı indikativ olaraq yeddi ili əhatə edən (2014-2020) 139 milyon Avro və 169 milyon Avro arasında proqramlaşdırılmışdır. Avropa Qonşuluq Alətinin ilk beş ilində Azərbaycana yardım paketi 79 milyon Avroya bərabər olmuşdur.
2019-cu il üçün Aİ-nın nəzərdə tutulan yardımı (15 milyon Avro) ŞT-nın dörd prirotet sahəsində Aİ-Azərbaycan arasında Tərəfdaşlıq Prioritetlərinin həyata keçirilməsini dəstəkləyəcək, vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönələcəkdir.
5. Çoxtərəfli kontekst: Avropa Şurasının üzvü olaraq Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin qaydalarına uyğunlaşmaq və onları tam şəkildə həyata keçirmək öhdəliyi vardır. AŞ-nın Azərbaycanda əməkdaşlıq proqramları (çox zaman AŞ-Aİ birgə proqramlarıdır) konstruktiv əlaqə vasitəsidir. 2018-ci ilin oktyabr ayında qəbul edilmiş Fəaliyyət Planına əsasən Avropa Şurası və Azərbaycanın qurumları məhkəmə və prokurorluq xidmətinin səmərəliliyini, hesabatvermə və şəffaflığını daha da artırmağa, Avropa insan hüquqları standartlarının tətbiqini genişləndirməyə, penitensiar sistemin islahatını təkmilləşdirməyə yönələn əməkdaşlıq proqramları vasitəsilə islahatları birgə aparmağa və korrupsiya və çirkli pulların yuyulması əleyhinə mübarizəni gücləndirməyi davam etməyə razılaşmışlar.
BMT-nin İnsan Hüquqları Şurasının üzvü olaraq Azərbaycan “İnsan hüquqlarının təşviqi və qorunması və Davamlı İnkişaf, Terrorizm və İnsan Hüquqları naminə 2030 Gündəliyinin həyata keçirilməsinə” dair qətnamə təqdim etmişdir (mart 2018).

Azad Tv