Müsavatçı mühacirlər Almaniyada daha bir aksiya keçirdi – Foto/Video

Bu gün, mayın 13-də Almaniyanın Nürnberg şəhərində Müsavat AKM-in Bayern koordinatorluğunun təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.

“Azad TV”-nin yaydığı məlumata görə, Aksiyada Azad Həsənovun, Seymur Həzinin, Əfqan Muxtarlının və bütün digər siyasi məhbusların dərhal azad olunması, repressiyalara son qoyulması tələb edilib. Tədbir iştirakçıları Azərbaycanın və Müsavat Partiyasının bayraqlarını, siyasi məhbusların şəkillərini və müxtəlif plakatlar qaldırıblar.

Müsavat AKM-in fəalı Emin Rüstəmlinin “Basta”ya verdiyi məlumata görə, aksiyada siyasi məhbus Azad Həsənovun xanımı Təranə Həsənova, qurumun koordinatorları Akif Nağıyev, Əhməd Cəlaloğlu və digərləri çıxış edərək, Əliyev hakimiyyətin siyasətini sərt tənqid edib, rejimin dəyişdirilməsi zərurətini vurğulayıblar.

Basta