Qərbi bəyənmirik…

Ərdoğan tərəfdarları Qərbə etiraz edirlər. Deyirlər ki, biz Londonda, Nyu-Yorkda keçirilən mer seçkilərinə qarışırıqmı?! Siz niyə qarışırsız?

Onlar hələ anlaya bilmir ki, Ərdoğan İstanbulda seçicilərin iradəsini qəsb etməklə Türkiyənin demokratik imicinə necə zərbə vurub.

Londonda, Nyu-Yorkda seçkiyə qarışıb nə deyəcəksiniz?

Xəbəriniz varmı ki, indi Londonun meri müsəlmandır?! Sadiq Xan rəqabətli bir seçkidə cüzi fərqlə Londonun meri seçilib. Və İngiltərə hökuməti bu nəticəni tanıyıb. Ərdoğan kimi, “nasıl oldu da bizimki seçilmədi” deyə ləğv etməyib.

ABŞ-ın əvvəlki prezidenti Obamanın müsəlman əsilli olduğunu, adının Hüseyn Barak (mübarək) olduğunu necə, unutmusuzmu?

Onlar seçilənin dərisinin rənginə, dini, siyasi mənsubiyyətinə yox, seçicinin iradəsinə önəm verirlər. AKP-lilər kimi “necə ola bilər ki ilçələri biz udaq, İBB-ni CHP” demirlər.

Qərbdə min adam, min bir qanunsuzluq edər, edə bilər, amma toplum olaraq düşüncə tərzləri bizdən irəlidir. Toplum olaraq hüquqa və qanuna tabe olmaq zərurətini dərk ediblər.

Biz isə toplum olaraq nəinki qaradərilinin, qeyri-müsəlmanın, hələ heç CHP-linin İstanbul başqanı seçilməsini həzm edəcək və həzm etdirə biləcək düşüncə tərzinə malik deyilik. Hələ bunun peşindəyik.

Biz toplum olaraq, əksəriyyətimiz, nəinki qaradərilinin, qeyri-müsəlmanın, hələ heç qeyri-naxçıvanlının, hətta Əliyev sülaləsinə aid olmayan hansısa şəxsin prezident seçilə biləcəyini həzm edə bilmirik. Hələ bunun peşindəyik.

Hər kəsin qanun qaşısında müsavat olması üçün, ədalət üçün mübarizə aparmaq zərurətini dərk edə bilmirik.

Bu halımızla, bir də Qərbi bəyənmirik.

 

Mustafa Hacıbəyli

Basta