Magistralda can bazarı: 6 ölü, 25 yaralı – Siyahı

Bu gün baş vermiş iki yol qəzasında ümumilikdə 6 nəfər ölüb 25 nəfər yaralanıb.

Ələt-Astara magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 85-ci kilometrliyində – Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı mikroavtobus qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Qəza zamanı dörd nəfər hadisə yerində ölüb, iki nəfər yaralanıb.

Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna təhvil verilib. Onların adları açıqlanıb:

1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu,
1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu,
1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu,
1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğludur.

Qəza zamanı yaralanan şəxslər Yardımlı rayon sakinləri – 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı və 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğludur. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***

Yevlax-Xaldan-Mingəçevir yolunda “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

“Report”un məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Qəzada ölən 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə və 20 yaşlı Sadət Müzəffər qızı Musayevadır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb:

“Müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərdən 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərinin isə durumu orta-ağır qiymətləndirilir”.

Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır.

Qəzada xəsarət alanlardan bəzilərinin adları da açıqlanıb:

Nəsibli Ülviyyə Ədalət qızı (2000)

Məmmədova Nigar Azər qızı (1999)

Məmmədova Rüfanə Hüseyn qızı (1993)

Cəbrayılov Elzamin Pərviz oğlu (2003)

Qədirli Afət Seymur qızı (2002)

Nəcəfli Aygün Azər qızı (2002)

Həsənov Ümüd İsmayıl oğlu (2001)

İmanova Gülər Adil qızı (1982)

Əkbərov Əziz Əkbər (2001)

Cəfərova Fizzə Mahmud qızı (1959)

Hüseynova Aynurə Adil qızı (1977)

Şəhriyarov Xüdaverdi Qəmbər (1967)

Alıxanov Elşən Röşən oğlu (2000)

Şahmali İlahə Ramil oğlu (2001)

Məmmədli Aygül Azər qızı (1994)

Behbudov Murad Hüseyn oğlu (2002)

Məmmədova Gülər Vidadi qızı qızı (1989)

İbrahimov Şəhlar Abbas oğlu (1999)

Yaralıların müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Basta