36 saylı məktəbdə pul verməyən məktəbli bullinqə məruz qalıb – Səsyazısı

Nərimanov rayon 36 saylı məktəbdə birinici sinif şagirdinin bullinqə məruz qaldığı deyilir.
Məktəblinin bibisi Oksana Paşayevanın səs yazısı.
Oksana Paşayevanın “Basta” ya verdiyi məlumata görə, Nərimanov rayonu 36 saylı məktəbdə ibtidai sinif müəlliməsi Arifə İsmayılova məktəblini bullinqə məruz qoyur.
Oksana Paşayeva bildirir ki, Arifə İsmayılova Ləmana şiddət tətbiq edir, ayrıseçkiliyə məruz qoyur, psixoloji təzyiq göstərir. (qeyd: Ləman birinci sinifdə oxuyur)
 Oksana Paşayevanın dediyinə görə Arifə İsmayılova müxtəlif bəhanələrlə uşağı döyür, ana açıqlama tələb etdikdə isə “Mən əsəbiyəm, mənə heç kim heçnə edə bilməz. Kimə istəyirsən get şikayət elə, xoşun gəlmir məktəbdən çıxar”, kimi cavablar verir.
 
“Əlifba bayramı şənliyində iştiraka belə uşağa imkan vermir. “Sən köksən”, “Sən çirkinsən”, “sənə olmaz”, deyir. Biz müəllimədən niyə belə etdiyini soruşanda isə  Ləmanın savadsız və gombul olduğunu bildirir. Arifə İsmayılova hər məktəblidən 50-100 manat arası pul yığır. Ləmanın ayrıseçiliyə məruz qalmasının səbəbi onun pulunun olmaması, Arifə İsmayılovaya pul verməməyimizdır. Mənim qardaşım qızı çox gözəl uşaqdır, savadsız da deyil. Pulumuz yoxdur deyə o haqsızlıqla üzləşməməlidir.”, -Oksana Paşayeva əlavə edir.
Oksana Paşayeva Arifə İsmayılovanın baldızının həmin məktəbin zavuçu olduğunu, buna görə belə özbaşınalıq etdiyini qeyd edir.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq
Könül Alı, Basta