Bakıda məcburi köçkünlər aksiya keçirdi – Video

Mayın 27-də Bakının Yasamal rayonunda, Şərifzadə küçəsində məcburi köçkünlərin məskunlaşdığı binada məcburi köçkünlər sosial tələblər aksiya keçirir.

Şahidlərdən birinin verdiyi məlumata görə, aksiyada yüzədək etirazçı iştirak edib. Hadisə yerinə polis və icra hakimiyyətinin nümayəndələri gəlib.

Etirazçılar məskunlaşdıqları bina yandıqdan sonra, onların buradan köçürüləcəyinə söz verildiyini, lakin indiyə qədər dözülməz şəraitdə yaşadıqlarını bildirirlər.

 

Basta