Müsavat Gәnclәr Tәşkilatı konfransa hazırlaşır

Mayın 26-da Müsavat Gәnclәr Tәşkilatının son şura iclası keçirilib. Gənclər təşkilatından verilən məlumata görə, partiya nizamnaməsinə uyğun olaraq, yaş senziylә bağlı Әbülfәz Sadıqovun istefası Şura üzvlәri tәrәfindәn qәbul olunub.

Bundan sonra şura üzvlәri tәrәfindәn gizli sәsvermә yolu ilә Tәşkilat Komitәsi yaradılıb.  MGT-nin növbəti konfransının təşkili Təşkilat Komitəsinə həvalə edilib.