Müsavat jurnalist Fuad Abbasovun təqib olunmasını pisləyir

Bu gün Müsavat Partiyası Divanının  növbəti iclası keçirilib. Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə  məlumat verib.

Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda  başqan Arif Hacılı ABŞ-a səfəri və səfər çərçivəsində ABŞ Dövlət Departamentində keçirdiyi rəsmi görüşlər və digər görüşlərlə bağlı Divan üzvlərini məlumatlandırıb.

Divanda İsmayıllı rayon və Mingəçevir şəhər təşkilatlarında hesabat-seçki yığıncağının keçirildiyi, sədr, seçkili orqanların  və qurultay nümayəndələrinin seçildiyi bildirilib.

Divanda Zaqatala rayon təşkilatının ümumi yığıncağının keçirilməsinə polisin müdaxiləsi qətiyətlə pislənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində siyasi məhbus Azad Həsənovun məhkəməsi haqqında məlumat verilib və növbəti məhkəmə prosesinin 3 iyun, saat 11:00-da keçiriləcəyi bildirilib.

Rusiyada həbs olunaraq təzyiqə məruz qalmış Fuad Abbasovun təqib olunması qətiyətlə pislənilib.

 Divanda 28 May Müstəqillik Günü münasibəti ilə Novxanı kəndində saat 12:00-da keçiriləcək bayram mitinqinin təşkili ilə bağlı hazırlıq işləri müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Dünyada və ölkədə baş verən proseslər haqqında dəyərləndirmə aparılıb.

 

Basta