“Arsenal” azarkeşləri Bakıda Mxitaryana görə etiraza hazırlaşır: Polisə tapşırıq verildi

Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Bakı Olimpiya Stadionunda baş tutacaq oyunda İngiltərənin “Arsenal” və “Çelsi” klubları mübarizə aparacaq. 

Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.  

“Arsenal”ın əsas oyunçularından biri olan erməni əsilli futbolçu Mxitaryan finalda iştirak etməyəcək. 

“Basta”ya sızan məlumata görə, “Arsenal” azarkeşləri final üçün sürpriz hazırlayıb. Onlar sevimli futbolçuları Mxitaryanın Bakya buraxılmamasına etiraz edəcəklər. Azarkeşlərin stadionda Mxitaryanın şəkli olan maskalar taxacağı gözlənilir. 

Etibarlı mənbə bildirir ki, bununla bağlı paytaxt polisinə xüsusi tapşırıq verilib. Tapşırığa əsasən polis hər bir ingilis azarkeşi “şmon” etməli, maskaların stadiona keçirilməsinə imkan verməməlidir.  

“Arsenal” tərəfdarlarının başqa sürprizlər də hazırladığı istisna deyil. İngilis azarkeşlərinin aqresiv olduqlarını nəzərə alan müşahidəçilər, Bakı polisinə verilən tapşırığın icrasının asan olmayacağını və polislə ingilis azarkeşlər arasında qarşıdurma yarana biləcəyini istisna etmirlər.

 

Basta