Vətəndaşların 30 faizi seçici siyahısına salınmayıb – Arif Hacılı izahat tələb edir

Azərbaycanda vətəndaşların 30 faizindən çöxu seçici siyahılarına daxil edilməyib. Bu haqda Müsavat başqanı Arif Hacılı məlumat yayıb. 

“10 milyon əhalisi olan ölkənin seçici sayı 5 mln. 212 min 902 nəfər göstərilib. 
Dövlət Statistika Komitəsinin rəsmi məlumatında isə 18 yaşı tamam olmuş vətəndaşlarımızın sayı 7 mln. 450 mindən çoxdur.  8 yaşı tamam olmuş hər bir vətəndaş seçmək hüququna malikdir.
Buradan belə nəticə çıxır ki, 2mln. 238 min Azərbayçan seçicisinin adı seçici siyahılarına daxil edilməyib.
Bu seçicilərin ümumi sayının 30 faizindən çoxdur” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

“MSK dan və Dövlət Statistika Komitəsindən bu məsələyə aydınlıq gətirməsini tələb edirəm.
Seçici siyahılarının bu vəziyyətdə olması ihakimiyyətin seçki adına bir məzhəkə təşkil etməyə hazırlaşdığını göstərir” – deyə Arif Hacılı bildirib.

 

Basta