Ali Məhkəmə ölüm ayağında olan siyasi məhbusu həbsdə saxladı

Bu gün, iyunun 12-də Ali Məhkəmədə Nardaran məhbusları Əbülfəz BünyadovElxan İsgəndərovun kassasiya şikayətinə baxılıb.

Hakim Əli Seyfəliyevin sədrliyilə keçirilən məhkəmədə vəkillərin verdiyi vəsatətlər təmin edilməyib. Məhkəmə hazırda bədəninin 80 faizi iflic vəziyyətdə və bağırsaqlarına düşən infeksiya nəticəsində ölüm təhlükəsi ilə üz-üzə olan Əbülfəz Bünyadovun həbsxanadan azad olunması barədə vəsatəti rədd edib.

Ə.Bünyadov Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvüdür. O, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.

2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

 

Basta