Azərbaycan qazı TANAP-la Avropa sərhədinə çatdı

“Şahdəniz” qazı Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Avropa sərhədinə çatdırılıb.

SOCAR-ın məlumatına əsasən, Azərbaycanın “Şahdəniz” yatağından qaz 2019-cu il iyunun 15-də, tarixi bir gündə – Milli Qurtuluş Günündə Yunanıstan sərhədinə çatdırılıb.

“Şahdəniz” qazı 2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olmuşdu.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizin tərkib hissəsidir. Boru kəmərinin ilkin buraxılış gücü 16 milyard kubmetr təkil edir.