Eldar Sabiroğlu oğlundan imtina etdi

YAP-ın qurucularından biri olan Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

Onun bu barədə məktubunu Rüfət Səfərov sosial şəbəkədə paylaşıb.

На данном изображении может находиться: текст

“Bu məktub bu gün də olmasa, məsələn, 50 il sonrakı azərbaycanlı üçün əhəmiyyət daşıyacaq… Dostlar, Siz də oxuyun, nəticə çıxarın… Doğru bildiklərimi söyləməkdə davam etdiyimə görə görün nə gündəyəm… Oxuyun, yaxşı- yaxşı oxuyun… Bu rejim bizi nə günlərə saldı…” – deyə, Rüfət Səfərov özünün feysbuk səhifəsində yazıb.

Eldar Sabiroğlu “Basta”nın sualına cavab olaraq bu məktubu onun yazdığını təsdiqləyib, lakin səbəbini açıqlamayıb. 

R.Səfərov2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək, işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il azadlıqdan məhrum edilib.

R.Səfərov ittihamı qəbul etmir və haqsızlığa etiraz olaraq prokurorluqdan istefasına görə siyasi sifarişlə cəzalandırıldığını bildirir. Hesab edir ki, onun cəzalandırılması həm də hüquq-mühafizə orqanlarında çalışan digərlərinin də gözünü qorxutmaq məqsədi güdür.

O, prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

 

Basta