İlkin Xəlilov: “Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdəyəm”

ATV-nin idman proqramının aparıcısı təcrübəli jurnalist İlkin Xəlilov vəzifəsində saxlanıldı.

Bu haqda ATV rəhbəri açıqlama yayıb. İlkin Xəlilov da öz növbəsində öna dəstək olan insanlara təşəkkür edib. İlkin Xəlilov bu haqda özünün “facebook” səhifəsində yazıb.

“Demək belə, hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!”, -İlkin Xəlilov bildirib.

 

Basta2.com