Müsavat Divanının iclası keçirilib

Bu gün Müsavat Partiyası Divanının  növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər barədə  məlumat verib.

Partiyanın başqanı Arif  Hacılı Ə.Elçibəyin həyat yoldaşı Həlimə xanım Əliyevanın Naxçıvanın Kələki kəndindəki dəfn mərasimində iştirakı haqqında danışıb.

Partiyanın növbəti qurultayına nümayəndələrin seçilməsi üzrə rayon təşkilatlarında keçirilmiş və gözlənən yığıncaqlar haqqında məlumat verilib.

İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri və demokratik qaydada seçilmiş ilk və yeganə Azərbaycan Prezidenti Ə.Elçibəyin doğum gününün qeyd edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İctimai-siyasi vəziyətin müzakirəsində  seçici siyahılarının tərtibi zamanı  MSK-nın məqsədyönlü ciddi xətalara yol verdiyi qeyd edilib və bu siyahıların dəqiqləşdirilməsi üçün Müsavat Partiyasının görə biləcəyi işlər müzakirə edilib.

Dünyada və ölkədə baş verən proseslər haqqında dəyərləndirmə aparılıb.

Sonda cari məsələlərə baxılıb.

 

Basta