Milli ordumuzun təlimi zamanı buraxılmış mərmi Gəncədə yaşayış evinə düşüb

Müdafiə naziri Zakir Həsənov etiraf edib ki, milli ordunun təlimləri zamanı buraxılmış mərmi Gəncə şəhərində yaşayış evinə düşüb.

Bu gün jurnalistlərlə görüşdə o bildirib ki, “bu, təlim mərmisi idi”. O, döyüş mərmisi olsaydı tələfat qaçılmaz olardı.

Nazir iddia edir ki, mərmi qayaya dəyib, 18 km-ə yaxın sıçrayaraq evə düşüb. Bu hadisə ilə əlaqədar təlim dayandırılıb. Hadisə yerində komissiya işləyir, hadisənin səbəblərini araşdırır.

Müdafiə Nazirliyi ev sahibinə dəyən ziyanı ödəyəcək, deyə nazir bildirib.

Turan