Mişel Platini həbs edildi

UEFA-nın keçmiş prezidenti, əfasnəvi futbolçu Mişel Platini Fransada həbs edilib. Beynəlxalq agentliklərin yaydığı məlumata görə, o, 2022-ci ilin dünya çempionatında ev sahibliyi edəcək ölkənin müəyyənləşməsi zamanı üzə çıxan korrupsiya faktlarına görə təqsirli bilinir.

Həbs haqqında qərar iyunun 18-də çıxarılıb və dərhal icra edilib. Araşdırma çərçivəsində Nikola Sarkozi hökumətinin üzvü olmuş Klod Qean da dindirilib.

Qeyd edək ki, 2022-ci ildə dünya çempionatına ev sahibliyini Qətər dövləti etməlidir. Bu barədə qərar UEFA İcrayyə Komitəsinin 2019-cu ilin dekabrında keçirilən iclasında qəbul edilib. Həmin iclasda 2018-ci il dünya çempionatının Rusiyada keçirilməsinə də qərar verilib.  

 

Basta