Müsavat başqanı yubilyarı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Qaradağ rayon təşkilatının üzvü Ramiz Qocanı 60 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Ramiz bəy!

Sizi 60 yaşlnızın tamam olması münasibəti ilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatının iştirakçısı kimi ölkəmizin istiqlalı, ərazi bütövlüyü naminə mübarizə aparmısız. Sonrakı illərdə Müsavat Partiyasına qoşularaq partiyanın tapşırıq və qərarlarının icrasında, Müsavat ideologiyasının təbliğində və fəaliyyətinin genişləndirilməsində ciddi işlər görmüsünüz. Siz uzun müddət Qaradağ rayon təşkilatının sədr müavini, özək sədri kimi olaraq təşkilatın cari işlərində fəal iştirak etmiş, partiyanın təsir imkanlarının artmasında böyük xidmətlər göstərmisiniz.

Siz partiyanın iştirak etdiyi seçki kampaniyalarında, siyasi aksiyalarda mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Bu proseslər zamanı rejimin təqib və təzyiqləri Sizin mübarizə əzminizi qırmayıb. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli, Ramiz bəy!

Sizi bir daha 60 yaşınızın tamam olması münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik apardığımız bu şərəfli mübarizədə uğurlar arzulayıram.