Şirməmməd Hüseynov vəfat edib – Müsavat Nekroloq yaydı

Müsavat Partiyası Şirməmməd Hüseynovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir: Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.

Görkəmli alim və mətbuat tədqiqatçısı, Azərbaycan Xalq Cümhuriyyəti və Rəsulzadə irsinin əsas araşdırıcılarından biri, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov vəfat edib.

Böyük ömür yolu keçən, yüksək savadı və intellekti ilə seçilən Şirməmməd Hüseynov Azərbaycan Demokratik Cumhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, araşdırılmasında və təbliğində misilsiz xidmətlər göstərib.

Şirməmməd Hüseynov uzaqgörən və dərin düşünən bir ziyalı olaraq Azərbaycan milli istiqlal hərəkatına, Azərbaycanın gerçək tarixinə işıq salan əsərlər yaratdı, məqalələr yazdı.

Şirməmməd Hüseynov həm də bir müəllim olaraq bilik və bacarığını əsirgəmədən çoxsaylı tələbələr yetişdirdi və onlara sevdiyi peşənin sirlərini öyrətdi.

Böyük alim, tədqiqatçı, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, professor Şirməmməd Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daimi yaşayacaqdır.

Allah rəhmət eləsin.

 

Basta