Dubay əmiri Məhəmməd bin Rəşidin həyat yoldaşı Almaniyaya qaçdı

Şahzadə Haya özü ilə 39 milyon dollar götürərək ərindən qaçıb. 

Haya fevralın əvəllərindən yoxa çıxıb. O, əmirin kiçik arvadlarından biri idi. Prinsessanın 45 yaşı var. İordaniya kralı Abdullanın doğma bacısı olan Haya ərindən 24 yaş cavandır. O, şeyxlə 15 il evli olub. 

Prinsessanın ictimai həyatda aktiv olduğu deyilir. Çoxsaylı xeyriyyə fondlarının üzvüdür. Hobbisi isə at idmanıdır. 

Qadının uşaqları – 11 yaşlı qızı və 7 yaşlı oğlu ilə birgə Almaniyada gizləndiyi bildirilir.

Haya Almaniyaya gələn kimi boşanma ərizəsi yazıb və sığınacaq istəyib. Pulları isə “yeni həyatın” qurulmasına xərcləyib.

Dubay əmiri rəsmi Berlindən bütün ailə üzvlərinin qaytarılmasını tələb edib, lakin rədd cavabı alıb. Məhz bu ailə münaqişəsi Almaniya və BƏƏ arasındakı münasibətlərin soyumasına səbəb olub. 

Heybət Əmrah

Basta2.com