Musa Yaqubun vəfatı ilə bağlı xəbər yalan çıxdı

Xalq şairi Musa Yaqubun vəfatı ilə bağlı xəbər yayılıb. 

M.Yaqubun qızı Yaqut Yaqub Oxu.Az-a açıqlamasında xəbərin yalan olduğunu bildirib.

Qeyd edib ki, dünən 82 yaşlı şairin təzyiqi qalxıb, lakin hazırda səhhəti yaxşıdır. 

“Atam özünü əvvəlkindən də yaxşı hiss edir”, – deyə şairin qızı vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Prezident İlham Əliyev Musa Yaquba “Xalq şairi” fəxri adı verilməsi ilə bağlı sərəncam imzalayıb.