Polis rəisinin oğlu intihar edib?

Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.

Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Azadlıq Qəzetinin baş redaktoru Qənimət Zahidovun verdiyi məlumata görə, Orxan Ağayev polis rəisinin oğludur.

“1 saat əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi polis polkovniki Əlaslan Ağayevin oğlu özünü yaşadığı evin pəncərəsindən, 5-ci mərtəbədən ataraq intihar etdi”, – deyə, Q.Zahidov sosial şəbəkədə bildirib.

 

Basta