Azərbaycan Fərman Ceyranlı barəsində axtarış elan edib

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

APA-nın xəbərinə görə, onun barəsində axtarış elan olunması barədə məlumat DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.

Məlumatda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib. 

Qeyd edək ki, Fərman Ceyranlı Gürcüstanda həbsdə olub və cəza müddəti başa çatdığı üçün bir müddət əvvəl azadlığa çıxıb.