BŞİH müsavatçı gənclərin piketinə “yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Təşkilatının (MGT) İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında keçirmək isdədiyi piketi sanksiyalaşdırmayıb. 

Bu haqda “Basta”ya MGT sədri Elman Quliyev məlumat verib.

Qeyd edək ki, müsavatçı gənclər Ermənistanın İranla birgə silah istehsalına etiraz etmək üçün uyulun 17-də İran səfirliyi qarşısında piket keçirməyi planlaşdırırlar. Elman Quliyev BŞİH-in piketə icazə verməməsini sərbəst toplaşma azadlığının pozulması kimi qiymətləndirib. MGT sədri deyib ki, rəsmi Bakı İran və Ermənistan arasında hərbi əməkdaşlığa etiraz etməli, bunun qarşısını almaq üçün təsirli tədbirlər görməlidir. 

Basta